Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində qaz kəmərində partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə SABC telekanalı məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində yol qismən çöküb.

Hazırda zərərçəkənlərin olub-olmaması haqda məlumat yoxdur.