Ukrayna qoşunları Zaporojye vilayətində yeni hücum əməliyyatına başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Zaporojyedəki separatçıların rəhbəri Vladimir Roqov məlumat yayıb.

“Təxminən yarım saat əvvəl ukraynalılar Rabotino-Verbovoye xəttində onlarla zirehli texnika, o cümlədən, “Leopard”lar və “Bradley”lər göndərərək yeni hücum əməliyyatına başlayıb. Bundan əlavə, bir çox yaraqlılar mövqelərimizi yarmağa cəhd göstərib”, - Roqov bildirib.