Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 200 m² olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a bildirilib ki, restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.