KTMT missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə mühüm töhfə verərdi.

BUTA.TV xəbər verir ki, bu sözləri həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Beləliklə, top erməni tərəfdədir”, - diplomat qeyd edib.

Zaxarova xatırladıb ki, “Dağlıq Qarabağ” KTMT-nin məsuliyyət zonasına daxil deyil.