Şəmkirdə 5 ton ot bağlaması yandı
Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 70 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altına yığılan 22 ton ot bağlamasının 5 tonu yanıb.
BUTA.TV Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.