Şuşa gələcəkdə nəinki regionda, dünyada ən gözəl şəhərlərdən biri olacaq və buna əminəm.

BUTA.TV xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev deyib.

"Prezident İlham Əliyev 3 saatlıq görüşü zamanı Qarabağ zəfəri və sonrakı mərhələlər barədə geniş məlumat verdi, suallarımızı ətraflı cavablandırdı. İnşallah, hər il Şuşada Qlobal Media Forumu keçiriləcək", - baş katib qeyd edib.