Ukraynadan bir qrup Belqoroda daxil olub - Kadırov
Bir neçə gün əvvəl Ukraynadan bir qrup diversant Belqorod vilayətinə daxil olub.
BUTA.TV xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında paylaşım edib.
Kadırov bildirib ki, diversantlar Rusiya hərbçiləri üçün yemək daşıyan Müdafiə Nazirliyinin maşınına hücum edib:
“Diversantlar rus əsgərlərinə atəş açıblar. Hücum edənlər artıq Rusiya ərazisini tərk ediblər”.