Rusiyanın geri qayıdacağına inanırıq - Fidan
Türkiyə Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Biz taxıl müqaviləsinin uzadılması üçün mühüm cəhdlər edirik və Rusiyanın danışıqlar masasıma qayıtmasının məqsədəuyğunluğuna inanırıq", - Fidan qeyd edib.