Naxçıvanda batan şəxsləri xilas etməyə çalışan polis öldü
Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib.
Bu barədə BUTA.TV-a Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.
Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.