Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Mətbuat Günü ilə əlaqədar paylaşım edib.

BUTA.TV xəbər verir ki, XİN rəhbəri bu barədə Tvitterdə yazıb.

"22 iyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. Bu əlamətdar gün münasibətilə daim əzmkarlıqla çalışan vətənpərvər jurnalistlərimizi səmimi qəlbdən təbrik edir, onlara şərəfli və olduqca vacib işlərində daim uğurlar arzulayıram", - nazir bildirib.