Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə təşəkkür edib.

BUTA.TV xəbər verir ki, baş nazir bu barədə Tvitterdə yazıb.

“Meşə yanğınları ilə mübarizədə Yunanıstana kömək etmək üçün 2 yanğınsöndürən təyyarə və 1 helikopter göndərən Türkiyəyə minnətdarlığımızı bildiririk. Təşəkkürlər Türkiyə!”, - Mitsotakis bildirib.