Ruslar tikintiyə gedən özbəkistanlıları döyüşə göndərdilər
Ruslar Mariupolda tikintiyə gedən Özbəkistan vətəndaşlarını cəbhəyə göndəriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Rusiya qoşunlarının Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Qorlovka bölgəsində yerləşən bölmələrində Özbəkistan vətəndaşlarının olması qeyd edilib. Göstərilən şəxslər Mariupol şəhərinə tikinti işləri aparmaq üçün gəliblər", - məlumatda qeyd edilib.