Böyük Britaniya Ermənistan və Azərbaycan arasında tarixi sazişin imzalanacağına ümid edir.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti Tvitter hesabında yazıb.

"Böyük Britaniya ümid edir ki, Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinə doğru dinamikanı qoruyub saxlamaq mümkün olacaq", - Dokerti qeyd edib.