Polşa sərhədçiləri rusiyalı tennisçi Vera Zvonarevanı ölkələrinə buraxmayıblar.

BUTA.TV xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Zvonareva iyulun 23-də "Poland Open" turnirində iştirak etməli idi, lakin o, Polşada qalması arzuolunmaz olan şəxslərin siyahısında olduğu üçün sərhədi keçə bilməyib.