Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Görüşün Sankt-Peterburqdakı Konstantinovski sarayında keçirildiyi bildirilib.

Məlumata görə, Putinlə Lukaşenko arasında görüşlər 2 gün davam edəcək.