Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beştəpədə Nazirlər Kabinetinin iclasını keçirəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İclasın gündəliyinə xarici siyasətdə atılan son addımlar, o cümlədən iqtisadiyyat və daxili siyasətlə bağlı mövzular daxildir.

Qeyd edək ki, Ərdoğan ötən həftə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Səfər zamanı müdafiədən energetikaya qədər müxtəlif sahələrdə 3 ölkə ilə 18 müqavilə imzalanıb.

Səfərin nəticələri Nazirlər Kabinetinin iclasında qiymətləndiriləcək.