Moskva PUA-larla vuruldu
Ukrayna Moskvaya PUA-lar ilə hücum təşkil edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı BAZA Teleqram kanalı görüntü paylaşıb. PUA-lardan biri Müdafiə Nazirliyinin 500 metr yaxınlığına düşüb.
Hücum bu gün səhər dörd radələrində təşkil olunub.
Moskva meri Sergey Sobyanin ciddi dağıntıların və zərərçəkənlər olmadığını bildirib.
PUA-lardan digəri isə biznes mərkəzinin binasına düşüb.