Azərbaycanda zavodda partlayış: ölən var
Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan Araz zavodu MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda araşdırma aparılır.