Tayvanda hərbi bazada partlayış: yaralılar var
Tayvanın şimal-şərqində yerləşən Jilonq şəhərində Tayvan Hərbi Dəniz Qüvvələrinin bazasında partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 9 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Partlayışın səbəbi hələlik məlum deyil.