Ermənistan Qarabağdan ermənilərin köçürülməsinə hazırlaşmır, belə bir məsələ müzakirə edilmir.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq deyib.

O bildirib ki, Ermənistan Qarabağ ermənilərinin öz evlərində, öz ölkələrində yaşaması üçün imkanların yaradılması məsələsini müzakirə edir.