İranlı zəvvarların qaldığı oteldə yanğın - Video
İraqda iranlı zəvvarların qaldığı altımərtəbəli oteldə yanğın olub.
BUTA.TV xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, binadan zəvvarlar təxliyə olunub. İndiyədək 160 nəfərin oteli tərk etdiyi bildirilir.
Onlardan 30-dan çoxunun nəfəs yollarında problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.