Azərbaycanda əsgər özünə qəsd edib.

BUTA.TV Unikal-a istinadən xəbər verir ki, hadisə Laçın rayonunda qeydə alınıb.

Belə ki, Qazax rayonu Daş Salahlı kənd sakini, 2004-cü il təvəllüdlü əsgər Telman Məhəmməd oğlu Eyyubov özünü güllələyərək öldürüb.

Qeyd edək ki, bundan öncə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elburus oğlu Ələkbərovun odlu silahdan atəş açaraq, özünü öldürməsi barədə məlumat yayıb.