Rusiya Xəzərdən Ukraynaya raket atdı
Rusiya Xəzər dənizi regionundan Ukraynaya 12 qanadlı raket buraxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrindən məlumat yayılıb.
“Təxminən 17:40 radələrində Rusiyanın Xəzər dənizi üzərindən 12 Tu-95 MS bombardmançı təyyarələri ilə Ukraynaya raket buraxılışı qeydə alınıb”, - məlumatda deyilir.