Ermənilər “Laçın” postundan sərbəst keçir - Video
İyulun 27-də Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus 7 nəqliyyat vasitəsi “Laçın” postundan sərbəst şəkildə keçib.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanallarından görüntülər paylaşılıb.
“11 BQXK üzvü, 12 xəstə, 10 müşahidəçi və 1 tibb bacısı, ümumilikdə 34 nəfər məntəqədən keçib. Bununla yanaşı, 12 xəstə azərbaycanlı həkimlər tərəfindən müayinə olunub”, - məlumatda bildirilib.