Yunanıstanın mərkəzində Nea-Anxialos şəhəri yaxınlığında silah-sursat anbarında yanğın olub.

BUTA.TV xəbər verir ki, bu barədə ERT televiziyası məlumat yayıb.

Məlumata görə, yanğın Hərbi Hava Qüvvələrinin silah-sursat anbarlarında baş verib.

Yunanıstanın Milli Müdafiə Baş Qərargahı da yanğının Nea Anxialosdakı hərbi düşərgənin ərazisinə sıçradığı barədə məlumatı təsdiqləyib. Şahidlərin bildirdiyinə görə, anbar olan hissədə sursat partlayışlarının səsi eşidilir