Türkiyənin Kilis şəhərində zəlzələ zamanı zərər görmüş yaşayış binası uçub.

BUTA.TV xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yayılıb.

Məlumata görə, dağıntılar altında qalan 3 nəfər xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Dağıntılar altında daha bir nəfərin qaldığı ehtimal edilir.

Axtarışlar davam etdirilir.