Bu vəziyyətdə Belarusu təcrid edəcəyik - Kaminski
Polşa, Litva və Latviya “Vaqner”in iştirakı ilə Avropa Birliyi və NATO sərhədlərində ciddi insidentlər baş verərsə, Belarusu tamamilə təcrid edə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Polşa daxili işlər naziri Mariuş Kaminski deyib.
“Dövlətlərlə sərhəddə təxribatların baş verəcəyi halda müxtəlif variantlar düşünülüb. Hər üç ölkə bu vəziyyətdə təmasda olacaq”, - Kaminski bildirib.