Suriyada məscid ərazisində partlayış: 5 ölü, 46 yaralı
Suriyanın paytaxtı Dəməşqin cənubunda bomba yüklü avtomobil partladılıb.
BUTA.TV xəbər verir ki, bu barədə danışan Suriyanın səhiyyə naziri Həsən əl-Qəbbaş terror aktı nəticəsində 5 nəfərin öldüyünü, 46-sının yaralandığını bildirib.
Terror aktı Seyidə Zeynəb məscidi ərazisində törədilib, partlayıcı qurğu taksidə işə düşüb.