Klassik Xalq Cəbhəsi Partiyasının yenidən qeydiyyata alınması ilə bağlı müraciətinə Ədliyyə Nazirliyi "yox” cavabı verib.

BUTA.TV xəbər verir ki, bu barədə Qaynarinfo.az-a açıqlamasında partiyanın sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

O bildirib ki, bu cavab üzvləri qətiyyən ruhdan salmır:

"Bir azdan Ədliyyə Nazirliyinin partiyaya ünvanladığı məktubu sosial şəbəkə hesabımda paylayacam”.