5 il öncə terror hücumuna məruz qalan türk əsgəri şəhid oldu
Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İsmət Əraslan müalicə aldığı xəstəxanada şəhid verib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, İ.Əraslan 2018-ci ildə PKK terrorçularının həyata keçirdiyi bombalı hücum nəticəsində yaralanaraq qazi olmuşdu.