Tailandın Sunqaykolok şəhərində pirotexnika anbarında güclü partlayış olub.

BUTA.TV xəbər verir ki, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.

Partlayış nəticəsində ən azı 9 nəfər ölüb, yüzdən çox insan isə yaralanıb.

Dağıntılar altında insanların qaldığı ehtimal olunur.