Uzunoba gölünün yaxınlığında yanğın
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Uzunoba gölünün yaxınlığında 2 ha sahədə qamışlıq yanıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.