BMT üzvləri Ukraynanı müzakirə etməkdən yorulub - Belarus
BMT-yə üzv olan bəzi ölkələr Ukrayna mövzusunu müzakirə etməkdən müəyyən yorğunluq keçirirlər.
BUTA.TV xəbər verir ki, bunu Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov deyib.
Rıbakov bildirib ki, Ukrayna münaqişəsi bütün faciələrinə baxmayaraq dünyada yeganə deyil:
“Dünyada belə münaqişələr çoxdur. Üzv dövlətlər arasında bu vəziyyətdən müəyyən yorğunluq varmı? Əlbəttə var”.