Bu gün gecə saatlarında Moskvaya edilən PUA hücumunun görüntüləri yayılıb.

BUTA.TV xəbər verir ki, hücum zamanı PUA-lardan biri “Moskva-Siti” kompleksindəki binalardan birinin damına çırpılıb.

Məlumata görə, PUA-lardan biri havada ikən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Daha ikisi isə radioelektron mübarizə sistemləri vasitəsilə düşürülüb.

PUA hücumu səbəbindən Moskva hava limanlarında uçuşlar dayandırılıb.