Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın işğal olunmuş ərazilərindən olan ukraynalı uşaqlara tibbi və humanitar yardım proqramı hazırladığını bəyan edib.

BUTA.TV xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, 15 min ukraynalı uşaq Ukraynanın işğal olunmuş ərazilərindən oğurlanıb, Rusiyaya zorla övladlığa verilib və ya uşaq evlərinə yerləşdirilib:

“Rusiya, Ukrayna, Gürcüstandakı bütün tərəfdarlarımdan xahiş edirəm ki, bu işə qoşulsunlar, məlumat toplamaqda və uşaqları qaytarmaqda bizə kömək etsinlər”.