Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynov İstanbul hava limanına enərkən, ürəktutmasından təyyarədə keçinib.

BUTA.TV xəbər verir ki, Surət Hüseynov 2004-cü ildə həbsdən azad edildikdən sonra xarici ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə bizneslə məşğul idi.

Onun məhz biznesi ilə bağlı İstanbula gedərkən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, onun dəfn üçün Azərbaycana nə vaxt gətiriləcəyi hələlik açıqlanmayıb.