Qazaxıstan ABŞ-la bağlı məlumatları təkzib etdi
Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə ABŞ-ın bioloji laboratoriyalarının yerləşdirilməsi ilə bağlı məlumatı təkzib edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
“Bu saxtadır, başqa dövlətlərin biolaboratoriyalarının Qazaxıstan Respublikası ərazisində yerləşdirilməsi planlaşdırılmayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda Qazaxıstanın əvvəllər Ukraynada işləyən 30 Amerika bioloji laboratoriyasına ev sahibliyi etdiyi barədə məlumatlar yayılıb.