Bu ölkədə helikopter qəzaya uğradı: 5 hərbçi öldü
Çilinin cənubunda hərbi helikopter qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Çilinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.