Krımın Sevastopol şəhərinə pilotsuz uçuş aparatı ilə hücum edilib.

BUTA.TV xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvozayev məlumat verib.

“İlkin məlumatlara görə, PUA Kara-Kobı bölgəsində vurulub. Yerdə partlayış baş verib və kol-kos yanıb. Yanğınsöndürmə briqadaları artıq hadisə yerinə gəlib və yanğını söndürməyə başlayıblar”, - Razvozayev bildirib.