Sülh nəinki mümkündür, hətta... - Paşinyan
Sülh nəinki mümkündür, hətta vacibdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Avronyus”a (Euronews) müsahibəsində deyib.
“Sülh – mənim inamımdır, mövqeyimdir. Mən buna inanıram”, - o bildirib.
Paşinyanın sözlərinə görə, bunun baş verməsi üçün beynəlxalq ictimaiyyət mühüm nüansları anlamalı, “bizim niyə sürətlə irəli getmədiyimizi” aydın başa düşməlidir.