Türkiyənin Bursa bölgəsinin İnəgöl rayonunda fabriklərdən birində yanğın olub.

BUTA.TV xəbər verir ki, yanğın tez bir zamanda yaxınlıqdakı digər 9 fabrikaya da keçib.
Yanğının söndürülüməsinə yanğınsöndürmə briqadası ilə yanaşı, 2 təyyarə və 4 helikopter də cəlb olunub.

Yanğın zamanı 4 nəfər yüngül xəsarətlər alıb.