Almatı-Tiflis reysini həyata keçirən təyyarə Bakı hava limanına eniş edib.

Bu barədə BUTA.TV-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, “Air Astana” aviaşirkətinin Almatı-Tiflis reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

“Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı hava limanına eniş edib.