Xocalı rayonunun Mədətkənd kəndində yük avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

BUTA.TV xəbər verir ki, nəticədə sürücü, Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Təyyar Əliyev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.