Böyük Britaniya səfirinin dəyişməsindən sonra belə Rusiyanın Londonla münasibətlərinin dəyişəcəyinə ümidi yoxdur.

BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, avqustun 2-də Britaniya hökumətinin saytında Naycel Keysinin Londonun Rusiyadakı səfiri təyin olunacağı ilə bağlı məlumat yayılmışdı. Hazırda Londonun Moskvadakı səfiri Debora Bronnertdir. Onun səlahiyyət müddəti bu ilin noyabrında başa çatır.