Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.

BUTA.TV xəbər verir ki, açılış matçında elitanın debütantı “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. Qarşılaşma qonaqların 3-0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, I tur çərçivəsində avqustun 5-də “Səbail” - “Sumqayıt”, “Qarabağ” - “Zirə" ayın 6-da isə “Kəpəz” - “Neftçi” və “Sabah” - “Qəbələ” matçları keçiriləcək.