Pentaqonun rəhbəri Lloyd Ostin polşalı həmkarı Mariuş Blaşçakla telefon danışığı aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıq zamanı Lloyd Ostin ABŞ-ın avqustun 1-də Belarus helikopterlərinin ölkənin hava məkanına müdaxiləsinə cavab olaraq Polşanı dəstəklədiyini bildirib.

Tərəflər həmçinin “Vaqner”in Belarusda olması ilə bağlı müzakirələr aparıblar.