Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib.

BUTA.TV xəbər verir ki, bu barədə Bundestaqın saytında məlumat verilib.

Siyahıya əsasən, Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. T-72 tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib.

Almaniya Danimarka və Norveçdən Ukraynaya iki "Zuzana 2" özüyeriyən haubitsasının təhvil verildiyini təsdiqləyib.