Sevastopol dəniz zonasında PUA aşkar edilib.

BUTA.TV xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvozayev məlumat verib.

“PUA-nın məhv edilməsi üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar xüsusi xidmət orqanları Balaklavadan çimərliklərə və geriyə qayıqların hərəkətini məhdudlaşdırmaq qərarına gəlib. Lakin çimərliklərin boşaldılmasına ehtiyac yoxdur”, - Razvozayev bildirib.