İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat bölgəsində Türkiyə ordusu ilə PKK terrorçuları arasında atışma baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Atışma zamanı terrorçulardan 2-si məhv edilib. “Məryəm Ümid” kod adı ilə tanınan Şəngül Bulud adlı qadın terrorçu isə sağ ələ keçirilib”, - məlumatda bildirilib.