Tanınmış jurnalistin vəziyyəti ağırlaşdı
Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilir ki, jurnalist reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, S.Məmmədli böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunurdu. O bir müddət əvvəl ayağının damarlarında yaranmış problemə görə əməliyyat olunub.